Rusiya səhiyyə nazirinin müavini Xorova vəzifəsindən azad edildibackend

Rusiya səhiyyə nazirinin müavini Xorova vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Natalya Xorova şəxsi ərizəsi əsasında vəzifəsindən azad edilib.

Editor.az xəbər verir ki, bu barədə qərar baş nazir Mixail Mişustinin imzası ilə qəbul olunub və Rusiya hökumətinin rəsmi hüquqi informasiya portalında dərc edilib.

Qərarda bildirilir ki, Xorova vəzifəsindən çıxarılmasının səbəbi ona Rusiya Federasiyası Senatoru səlahiyyətlərinin verilməsidir.

//Samir Qurbanov, Editor.az