Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhədində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qüvvələri əvəz edəcək.
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 8-də Moskvada bu barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiya sərhədçiləri Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisindəki sərhəd qoşunlarının statusu və onların fəaliyyət şəraiti haqqında” 30 sentyabr 1992-ci il tarixli beynəlxalq müqaviləyə uyğun olaraq Ermənistanın sərhədlərinin mühafizəsini öz üzərinə götürüb. Müqaviləyə əsasən, Rusiyanın dörd sərhəd dəstəsi ölkə ərazisində (2003-cü ildən Rusiya Federasiyası FTX-nin sərhəd idarəsinin tabeliyindədir): Gümrü, Armavir, Artaşat və Meqridə yerləşib. Onlar Ermənistanın Türkiyə ilə (330 km, Türkiyənin qərarı ilə 1993-cü ildən tamamilə bağlanıb, keçid məntəqəsi yoxdur) və İranla (45 km) mühafizə ediblər. Bundan başqa, İrəvan “Zvartnots” Beynəlxalq Hava Limanında Rusiya sərhədçilərinin erməni həmkarları ilə birlikdə xidmət apardıqları “Ermənistan” buraxılış məntəqəsi olub. 2024-cü ilin martında Ermənistan hakimiyyəti rəsmi məktubla FSB Sərhəd Xidmətinin Zvartnotsdan çıxarılmasını tələb edib və iyulun 31-də bu, baş tutb.
Ermənistan Gürcüstanla sərhədi (220 km, dörd keçid məntəqəsi), Azərbaycanla sərhədi (1 min km, tamamilə bağlıdır), həmçinin “Zvartnots”, Erebuni və Gümrü hava limanlarında üç hava keçid məntəqəsini müstəqil şəkildə qoruyur. Belə ki, Rusiya sərhədçiləri Karçevan keçid məntəqəsini tərk etdikdən sonra Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin mövcudluğu yalnız Ermənistanın Türkiyə ilə sərhədində qalacaq.
//Samir Qurbanov, Editor.az

