Rusiya sərhədçilərinin Nerkin Hand yaşayış məntəqəsi ərazisində olmaq mandatı yoxdur – Nikol Paşinyanbackend

Rusiya sərhədçilərinin Nerkin Hand yaşayış məntəqəsi ərazisində olmaq mandatı yoxdur – Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya sərhədçilərinin Sünik bölgəsindəki Nerkin Hand yaşayış məntəqəsi ərazisində olmaq mandatı yoxdur.

Bu qəsəbə Azərbaycanla sərhəddə yerləşir. “Rusiya sərhədçilərinin iştirakı ilə bağlı heç bir mandat və ya razılaşma olmayıb. Əgər bu o deməkdir ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı hər hansı funksiyaları yerinə yetirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır”, – Paşinyan deyib.

Daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, “Nerkin Handda bu yaxınlarda insident baş verən ərazi Rusiyanın giriş zonasındadır”. Ermənistanda “heç kim Nerkin Handa hissəsinin Rusiyanın məsuliyyət zonası olduğunu bəyan etməyib”, – Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

//Samir Qurbanov, Editor.az