Rusiya sərhəddə üç hərbi mərkəz qururbackend

Rusiya sərhəddə üç hərbi mərkəz qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada belaruslu həmkarı Viktor Xreninlə bir araya gələrək kritik müqavilə imzalayıblar.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, Qərb ölkələrini özləri üçün təhlükə hesab edən Belarus və Rusiya razılaşma ilə 3 kritik bölgədə hərbi mərkəz qurmağa qərar verib.

Razılaşmaya əsasən, bu hərbi mərkəzlərdən biri Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində qurulacaq.

Digər 2 hərbi mərkəz Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Polşa sərhədindəki Kalininqrad bölgəsidir.