Rusiya: “Şərqi NATO yaratmaq cəhdlərini qəbul edə bilmərik”backend

Rusiya: “Şərqi NATO yaratmaq cəhdlərini qəbul edə bilmərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Asiya-Sakit okean regionunda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətindəki cəhdlərin qəbuledilməz olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, o, bu fikirləri Laosun paytaxtında ölkə prezidenti Thongloun Sisoulith ilə görüşü zamanı səsləndirib.

“Bölgədə fərqli tipli yeni arxitektura – daha dəqiq desək, Şərqi NATO-nun yaradılması cəhdləri bizim üçün qəbuledilməzdir,” – deyə Şoyqu bildirib. O, Rusiyanın regionda ASEAN mərkəzli təhlükəsizlik modelinə sadiq qaldığını vurğulayaraq, bu modelin uzun illərdir mövcud olduğunu və səmərəliliyinin dəfələrlə sübut edildiyini qeyd edib. Şoyqunun sözlərinə görə, həmin model bölgənin keçmişdə yaşadığı çoxsaylı müharibələr və faciəli hadisələrdən çıxarılan dərslərə əsaslanır.

//Gülnarə Abasova, Editor.az