Rusiya silah tədarükü müqabilində Şimali Koreyanın aktivlərini dondururbackend

Rusiya silah tədarükü müqabilində Şimali Koreyanın aktivlərini dondurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Şimali Koreyanın Rusiya bankındakı 30 milyon dollarlıq aktivinin 9 milyon dollarını dondurub.

Editor.az bu barədə “The New York Times” (NYT) a istinadla yazır. Nəşrin yazdığına görə, Rusiya Şimali Koreyaya beynəlxalq bank şəbəkələrinə çıxışa da kömək edə bilər. Şimali Koreya açılmış vəsaiti Rusiyadan xam neft almaq üçün istifadə edə bilər.

NYT mənbələri bildirirlər ki, Şimali Koreyalı bir şirkət bu yaxınlarda BMT-nin əksər maliyyə institutlarının Pxenyanla iş görməsini qadağan edən sanksiyalarından yayınmaq üçün Rusiya bankında hesab açıb. “Moskva raket və sursat müqabilində Pxenyana beynəlxalq maliyyə sisteminə daxil olmaqda kömək etməyə cəhd edə bilər”, – nəşr yazır.

Bundan əvvəl Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib ki, ABŞ-ın davam edən təxribatları Şimali Koreyanı nüvə silahı sınağı qərarını verməyə vadar edə bilər.

//Gülnarə Abasova, Editor.az