Rusiya: “Şimal axını” təxribatı ilə bağlı Almaniya, Danimarka və İsveçlə yazışmaları BMT-yə təqdim etmişikbackend

Rusiya: “Şimal axını” təxribatı ilə bağlı Almaniya, Danimarka və İsveçlə yazışmaları BMT-yə təqdim etmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Almaniya, Danimarka və İsveçlə “Şimal axını” qaz kəmərlərinin təxribatı ilə bağlı təhqiqatına dair yazışmaların surətini BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına təqdim edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib.

“Sənədlər BMT-dəki həmkarlarımızı inandırmaq imkanı verəcək ki, istintaq zamanı bu ölkələr tərəfindən bizə məlumat verildiyi barədə iddialar həqiqətə uyğun deyil”, – o bildirib. Polyanski qeyd edib ki, sənədlər BMT Təhlükəsizlik Şurasının “Şimal axını”nda partlayışlarla bağlı BMT-nin nəzdində istintaq komissiyasının yaradılmasını nəzərdə tutan qətnamə layihəsi üzərində iş çərçivəsində paylaşılıb.

Nümayəndə Rusiyanın ortaq istintaqa qatılmasına icazə verilmədiyi və məlumat əldə etməsinə mane olunduğunu da qeyd edib. Polyanski vurğulayıb ki, bəzi Qərb ölkələri istintaqı lazımsız hesab edir və BMT baş katibinin təhqiqat komissiyası yaratmasını tələb edən Rusiya layihəsi üzərində işdə iştirak etmək istəmir.

//Gülnarə Abasova, Editor.az