Rusiya Srebrenitsa hadisələrini soyqırım kimi tanıyan qətnaməni dəstəkləməyibbackend

Rusiya Srebrenitsa hadisələrini soyqırım kimi tanıyan qətnaməni dəstəkləməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Srebrenitsa hadisələrini soyqırım kimi tanıyan qətnaməni dəstəkləməyib.

Rusiya tərəfinin Təhlükəsizlik Şurasında Bosniya və Herseqovinadakı vəziyyətlə bağlı mövqeyini BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. Onun sözlərinə görə, qətnamə layihəsi “birtərəfli” və “siyasi ittihamdır”. Nebenzyanın sözlərinə görə, layihənin 1995-ci il faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək və milli barışığa nail olmaq məqsədi ilə görüşdə irəli sürülən məqsədlə “ortaq heç nə yoxdur”.

O qeyd edib ki, qətnamə müəllifləri Bosniya və Herseqovinada barışığa nail olmağa deyil, “tarixi hadisələrin yalnız öz maraqlarına cavab verən təsnifatını təsdiqləməyə” çalışırlar.

Qeyd edək ki, Qətnamə BMT-yə Almaniya və Ruanda tərəfindən göndərilib. Sənəddə iyulun 11-nin Srebrenitsa Soyqırımı Qurbanlarının Beynəlxalq Anma Günü elan edilməsi təklif edilir. 1995-ci ilin bu günündə 8 minə yaxın müsəlman şəhəri tərk etməyə çalışarkən serblər tərəfindən öldürülüb. Beynəlxalq Tribunal 2007-ci ildə serblərin hərəkətlərini soyqırım kimi tanıyıb.

//Samir Qurbanov, Editor.az