Amerikanın “Maxar Technologies” şirkəti Bəndər-Abbas şəhərindəki İran aviabazasında Rusiyanın beşinci nəsil Su-57 döyüş təyyarəsini əks etdirən peyk şəklini dərc edib.
İnternetdə İran aerodromunda Su-57-ni əks etdirən videolar da yerləşdirilib.
Su-57-dən başqa, “Maxar” fotoda 1979-cu il inqilabından əvvəl İrana satılan bir cüt Amerika P-3 Orion patrul təyyarəsi və İl-76 ağır hərbi-nəqliyyat təyyarəsi də var. Mütəxəssislərin fikrincə, Su-57 Hindistanın Benqalur şəhərində keçirilən “Aero India 2025” beynəlxalq aviaşousundan evə qayıdarkən İrana enib.
//Samir Qurbanov, Editor.az