Rusiya sülh danışıqlarının dayandırıldığını elan etdibackend

Rusiya sülh danışıqlarının dayandırıldığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Yaponiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar onunla sülh müqaviləsi üzrə danışıqları dayandırmaq qərarına gəlib.

Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı həmin xəbərə görə, “Rusiya tərəfi hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil, çünki ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasında açıq-aşkar qeyri-səmimi mövqe tutan və onların maraqlarına zərər vurmağa çalışan bir dövlətlə müzakirəsi mümkün deyil”.

Nazirlikdən verilən məlumata görə, Rusiya tərəfi Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız səfərlərinin dayandırılması barədə də qərar qəbul edib və eyni zamanda bu adaların cənubunda birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çəkilir.
“İkitərəfli əməkdaşlığa və Yaponiyanın maraqlarına vurulan ziyana görə bütün məsuliyyət qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək əvəzinə, anti-Rusiya kursu seçmiş rəsmi Tokionun üzərinə düşür”, – Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Xatırladaq ki, Yaponiya daha əvvəl Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib.

Editor.az