“Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir”.
Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lakin onun sözlərinə görə, danışıqlar prosesi nə qədər təxirə salınarsa, tərəflərin razılığa gəlməsi də bir o qədər çətinləşəcək.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Amerikanın səsi” radiosuna müsahibəsində qeyd etmişdi ki, Ukrayna inzibati dövlət sərhədlərinə çatdıqdan sonra belə hərbi əməliyyatları dayandırmayacaq.
//Samir, Editor.az

