Rusiya sülh şərtlərini pozarsa, Ukraynanın avtomatik olaraq NATO-ya üzvlüyü nəzərdən keçiriləcək – Amerikalı nazirbackend

Rusiya sülh şərtlərini pozarsa, Ukraynanın avtomatik olaraq NATO-ya üzvlüyü nəzərdən keçiriləcək – Amerikalı nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NBC News mənbələrə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti Rusiya sülh şərtlərini pozarsa, Ukraynanın avtomatik olaraq NATO-ya üzvlüyünün verilməsi imkanını nəzərdən keçirir.

Telekanal qeyd edir ki, müttəfiqlərin Rusiyanın atəşkəsdən sonra hərbi əməliyyatları bərpa edəcəyi ilə bağlı narahatlığına cavab olaraq, müddəanın gələcək sülh sazişinə daxil edilməsi təklif edilir.

NBC News-un məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə ABŞ-ın maliyyə naziri Skott Bessent izah edib ki, Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi nadir torpaq metalları sazişi ilə birbaşa bağlıdır. Qəzetin mənbələri bildiriblər ki, Kiyevdəki danışıqları zamanı Zelenski təklifi öyrənəcəyini vəd edib və ABŞ Maliyyə Nazirliyinin rəhbəri ona imza atmaq üçün bir saat vaxtının olduğunu bildirib.
Bir gün əvvəl Donald Tramp Ukraynanı Kiyevə dəstək xərclərini kompensasiya etmək üçün ABŞ-a nadir torpaq metallarına çıxış imkanı verəcək razılaşmanı pozmaqda ittiham edib. Vladimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı müddəaları daxil edənə qədər sənədi iki dəfə imzalamaqdan imtina edib. Buna baxmayaraq, Amerika prezidenti “sövdələşməni canlandıracağına” söz verib.

//Samir Qurbanov, Editor.az