“Bütün Avropa, NATO müttəfiqləri PURL təşəbbüsü vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınmasına qoşulmalıdır. Əgər Rusiya sülh yolu seçməkdən imtina edərsə, Ukraynaya qarşı təcavüzünün bədəlini ağır ödəyəcək”.
Editor.az bildirir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Brüsseldə Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-31) iclasının əvvəlində deyib: “Əgər bu müharibə bitməzsə, qısa müddətdə sülhə gedən yol tapılmazsa, Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birlikdə Rusiyanın davamlı təcavüzünün əvəzini ödəmək üçün lazımi addımları atacaq.
Əgər biz bu addımı atmağa məcbur olsaq, ABŞ Müharibə Nazirliyi üzərinə düşəni yalnız ABŞ-ın edə biləcəyi şəkildə etməyə hazırdır”, – Heqset vurğulayıb.
//Samir Qurbanov, Editor.az

