Rusiya sülhməramlıları tezliklə Qarabağdan çıxarılacaq?-AÇIQLAMAbackend

Rusiya sülhməramlıları tezliklə Qarabağdan çıxarılacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün bu baş verən təxribatlar bir daha bizə açıq şəkildə onu göstərir ki, rəsmi Moskva Bakı ilə İrəvan arasında təmasların və müsbət məcrada davam edən dialoqun əleyhinədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bildirib.

Onun sözlərinə görə, prosesləri əngəlləyən və daimi münaqişə vəziyyətində saxlamaq istəyənin məhz Rusiya olması artıq heç kəsə sirr deyil:

“Hər dəfə Brüsseldə baş tutan üçtərəfli görüşlərdən sonra nə təsadüf ki ,növbəti görüş Moskvaya təyin olunur və Avropada əldə olunan müsbət nəticələr sanki sıfırlanır. Vəziyyət yenidən gərginləşir. Rusiya bütün dünya tərəfindən təcrid olunmağına baxmayaraq Cənubi Qafqazdaki rıçaqlarını əlindən buraxmaq istəmir. Çünki məsələnin sülh yolu ilə həlli artıq Rusiyanın bu bölgədən uzaqlaşması ilə nəticələnə bilər”.

K.Məmmədlinin fikrincə, Rusiyanın nə Ermənistandaki hərbi bazasına, nədə ki Qarabağdaki sülhməramlılarına ehtiyac qalacaq: “Rusiyanın təziq mexanizmləri, hər iki ölkəni bir-birilərinə qarşı müharibə ilə hədələmək imkanı da artıq qalmaya bilər. Bu səbəbdən Rusiya separatçılar ilə əlbir olub bölgədə daim toqquşma mühitini aktiv saxlayaraq sülhə mane olmaqa çalışır. Hesab edirəm ki , sülhə nə qədər çox yaxın olduğumuz halda, bölgədə bir o qədər rəsmi Moskvanın əli ilə təxribatların sayı arta bilər. Biz bütün bunları diqqətlə saxlamalı, paralel olaraq beynəlxalq aləmdə də təziqlərimizi artırmalıyıq. Rusiyanın dünyadan təcrid olduğu zamanda ABŞ və Qərbi bu məsələdə tələsdirməliyik. Çünki uzun zamandan sonra ilk dəfədir ki , ABŞ ilə Azərbaycanın maraqları bu məsələdə üst-üstə düşür. Bizə ərazi bütovlüyümüzün bərpası ilə bərabər rus hərbiçilərinin öz ərazilərimizdən çıxarılması, ABŞ-a isə həm Azərbaycandan həmdə Ermənistandan Rusiyanın uzaqlaşması və təklənməsi lazımdır. O ki qaldı, sülhməramlıların vaxtından əvvəl çıxarılmasına, fikrimcə bu hazırda o qədər də asan olmayacaq. Rusiya nə qədər büdrəsə də tam olaraq sıradan çıxarılmayıb. Biz fikrimcə birazda səbr edib , sülh müqaviləsini istədiyimiz kimi yekunlaşdırdıqdan sonra Rusiya sülhməramlılarını öz evlərinə göndərə bilərik. Bu daha sakit və 10 noyabr razılaşmasına uyğun şəkildə olar”.

//Safura Bənnayeva, Editor.az