Rusiya sülhməramlılarından Xocalıda geriyə nələr qalıb?-VİDEObackend

Rusiya sülhməramlılarından Xocalıda geriyə nələr qalıb?-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bir zamanlar dünyanın ən böyük imperiyalarından olub. Dünyaya sahib olmağın dadı hələ də damağındadır. Bu gün əlindəkilərlə kifayətlənməyən Rusiya əvvəlki əraziləri geri arzulamaya bilməz. Bu səbəbdəndir ki, bir neçə dövlətin ərazisini zəbt edib. Hətta Ukraynadan əl çəkmək üçün ona təslim olmağı təklif edir. Azərbaycandan isə səssiz-səmirsiz çıxır. İlham Əliyev başqa liderlər kimi Putinə nə təzyiq göstərdi, nə hədələr yağdırdı. Rus hərbçilərin öz xoşuna getməsi üçün sadəcə şərait yaratdı. 1920-ci aprelin 28-də Azərbaycanı işğal etməsi ilə tarixə düşmüşdü Rusiya ordusu. O ordunun varislərini 2024-cü il iyunun 12-də tam çıxarmaqla tarixə düşən Azərbaycan oldu.

Düzdür, Moskva Xankəndidə konsulluq açmaq niyyətini gizlətmir. Amma arzulamaq heç zaman zərərli deyil. İndi sizə Xocalı aeroportunun gizlinlərini göstərəcəyik. Rus hərbçilərdən geriyə qalanları. Sülhmərmalılar burda əsl istirahət zonası salıblarmış. Yəqin ki, əbədi qalacaqlarını düşündüklərinə görə. İndi onlardan geriyə boş konteynerlər və hovuz qalıb. Xocalı aeroportu heç vaxt sıradan hava limanı olmayıb. Ermənilərin atəşi altında qalan azərbaycanlılar Qarabağı burdakı helikopterlərlə tərk ediblər. Helikopteri ilə Xocalı aeroportunu son tərk edən pilot isə o olub – Edison Həsənov. Çarəsiz insanları necə daşıdığını bu gün də kədərlə xatırlayır.

Beləliklə, dünəndən bu günə Xocalı hava limanı.