Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki fəaliyyəti pozuculuqdan ibarətdirbackend

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki fəaliyyəti pozuculuqdan ibarətdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlılar öhdəliyinə düşən vəzifələri yerinə yetirə bilmir. Onlar tərəflər arasında təhlükəsizliyə nail olmaq üçün missiyaya sahib olmasına baxmayaraq bunu reallaşdırmırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.


Onun sözlərinə görə,10 noyabr bəyanatında da qeyd edilib ki, Azərbaycan ərazilərində mövcud olan qanunsuz silahlı birləşmələr tərksilah edilməli, Rusiya sülhməramlıları milliyyəti erməni olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməli, separatçıları bölgədən çıxartmalıdır:

“Amma biz bu vəzifələrin yerinə yetirildiyini görmədik. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki fəaliyyəti pozuculuqdan ibarətdir. Onlar vaxtından əvvəl bölgədən çıxarılmalıdır. Rəsmi Bakı öz ərazisində antiterror əməliyyatı keçirərək qanunsuz silahlı birləşmələrin fəaliyyətini tamamilə ləğv etməlidir. 44 günlük Zəfərimizin qarşısında “nöqtə işarəsi” var. Azərbaycan qisas əməliyyatı keçirərək bu “nöqtəni” “nida” ilə əvəz edə bilər”.

A.Şakiroğlu qeyd edir ki, Ermənistan öz havadarlarına etibar edərək sülh müqaviləsini imzalamaqdan yayınır:

” Bu imkan Ermənistana verilməməlidir. Onun qarşısı isə yalnızca Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından sonra reallaşa bilər. Rəsmi Bakı bütün qanunsuz silahlı birləşmələri tərksilah etməli və məsuliyyətə cəlb etməlidir. Çünki bu addımların atılması tarix zərurətə çevrilib”.
 
//Safura Bənnayeva, Editor.az