Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülübbackend

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduqları müvəqqəti postlar tam sökülərək götürülüb.

“Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür ki, başa çatıb.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.