“Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa getməsinə yol verməsi haqlı sual doğurur” – Sabiq nazirbackend

“Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa getməsinə yol verməsi haqlı sual doğurur” – Sabiq nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Valeri Pekres namizədliyi köklü ənənələrə malik respublikaçılar tərəfindən irəli sürülsə də, son vaxtlar onlardan bir qədər uzaqlaşaraq daha radikal fikirlər səsləndirməyə başlayıb: “Onun Ermənistana son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır. Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kapmaniyasında daha çox xal qazanmaq ümidilə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib”.

Sabiq nazir vurğulayıb ki, Rusiya sülhməramlıları həmin bu namizədə xal qazandırıb: “Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”.