Rusiyadan Gürcüstana ərzaq yükü ilə gedən “Midvolga 2” tankerinə Türkiyə sahillərindən 80 mil aralıda hücum edilib.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, “mühərrikləri işlək vəziyyətdə olan gəmi Sinop istiqamətində hərəkət edir”.
Nazirlik aydınlıq gətirib ki, gəmi kömək istəmir və 13 heyət üzvündən heç biri xəsarət almayıb.
“VesPersPlenshel” onlayn gəmi izləmə platformasına görə, “Midvolga 2” tankeri 2014-cü ildə inşa edilib və Rusiya bayrağı altında üzür. Gəminin uzunluğu 140 metrdir.
Noyabrın 28-də Qambiya bayrağı altında üzən “Kairos” və “Virat” tankerlərində yanğınlar baş verib. Səbəb kimi Qara dənizdə dron hücumu göstərilib. Birinci gəmi Rusiyaya gedirdi, ikincisinin marşrutu isə açıqlanmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin eksklüziv iqtisadi zonasında dəniz təhlükəsizliyinə təhdid edilməsinin qəbuledilməz olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

