Rusiya “taxıl dəhlizi”ni şantaj vasitəsinə çevirməyə çalışsa…backend

Rusiya “taxıl dəhlizi”ni şantaj vasitəsinə çevirməyə çalışsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT, Türkiyə və Ukrayna Qara dənizdən keçən təhlükəsiz “taxıl dəhlizi”ni nəyin bahasına olursa olsun saxlamağa çalışır.

Editor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sentyabrın 30-da “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

“Bu, bizim üçün çox vacibdir. BMT, Türkiyə və Ukrayna ittifaqı hazırda dünyada ərzaq təhlükəsizliyinin təminatçısıdır. Əgər bu dəhliz sıfıra endirilərsə (Rusiya bunu etməklə şantaj edir), o zaman ərzaqların qiymətləri yenidən bahalaşacaq”, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, Ukraynadan dünya bazarına çatdırılma olmasa bütün dünyada qiymətlər avtomatik olaraq qalxacaq.

Kulebanın fikrincə, “taxıl dəhlizi”nin fəaliyyətini pozmaq imkanı Putinin əlində ciddi silahdır.

“Əgər Putin bunun qarşısını almaq qərarına gələrsə, düşünürəm ki, onun fəaliyyətində maraqlı olan ölkələr Ukraynanın ilkin təklifinə qayıtmaq və dəhlizin hərbi patrullarını təmin etmək barədə ciddi düşünəcəklər. Bu, hamının etiraf etdiyi kimi, dünya iqtisadiyyatı və insanların təhlükəsizliyi üçün çox vacibdir”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Putinlə telefon danışığında noyabrda başa çatan taxıl ixracı mexanizminin uzadılmasının ümumi maraqlara uyğun olduğunu bildirib.

  //Samir, Editor.az