Rusiya yaxın vaxtlarda Afrika ölkələrinə taxıl tədarükünə başlayacaq.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Dmitri Patruşev məlumat verib. Patruşevin vurğuladığı kimi, Rusiya Afrika ölkələrinə pulsuz taxıl tədarük edəcək. O, bildirib ki, indiyədək söhbət 25-50 min ton arasında taxıl tədarük etməyi planlaşdırdığımız altı ölkədən gedir.
Kənd Təsərrüfatı naziri qeyd edib ki, hazırda bunun üzərində iş aparılır və bu tədarüklər yaxın vaxtlarda həyata keçiriləcək.
//Gülnarə Abasova, Editor.az

