Rusiya Telegram və WhatsApp zənglərini blokladıbackend

Rusiya Telegram və WhatsApp zənglərini blokladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi (Roskomnadzor) Telegram və WhatsApp üzərindən zəngləri müvəqqəti olaraq bloklayıb.

Məqsəd fırıldaqçılıqla mübarizədir. Dövlət Duması bildirib ki, messencer sahibləri “faktiki olaraq cinayətkarlara kömək edirlər”, və yalnız WhatsApp-da 2024-cü ildən etibarən hücuma məruz qalan istifadəçilərin sayı 3,5 dəfə artıb.

Rəqəmsal Nazirlik əlaqələrin bərpası imkanını istisna etməsə də, deputat Anton Gorelkin qeyd edib ki, bu yalnız messencerlərin Rusiyada “yerləşməsi” ilə mümkün olacaq.

//Samir Qurbanov, Editor.az