Rusiya tərəfi bu açıqlaması ilə strateji səhvə yol verdi- ŞƏRHbackend

Rusiya tərəfi bu açıqlaması ilə strateji səhvə yol verdi- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Rusiya münasibətlərinin normallaşması hazırki müstəvidə mümkün görünmür. Baxmayaraq ki, Moskva tərəfindən İrəvana çox ciddi şəkildə reveranslar olur. Hətta Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri haqqında Nikol Paşinyanı məlumatlandırdığını vurğulaması Ermənistan hökumətinə bir jest idi. Azərbaycan ictimai-siyasi sferasında isə Putinin bu açıqlaması təəccüb doğurdu”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya kimi böyük bir dövlətin Ermənistana bu qədər reveranslar etməsi onun Cənubi Qafqazda ikiyüzillik strateji mövqeyinin artıq fiaskoya uğramasının nəticəsidir:

“Rusiya tərəfi bu açıqlaması ilə strateji səhvə yol verdi. Ermənistan hakimiyyəti bu reveranslarına baxmayaraq yenə də antiRusiya ritorikasını davam etdirir. Hətta Ermənistan rəsmiləri həm MDB, həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də ümumiyyətlə Rusiya Federal Təhlükəsizlik Qüvvələrinin sərhədçilərinin Ermənistandan çıxarılmasını vurğulayır və bunu istisna etmirlər. Göründüyü kimi, Ermənistan tərəfi artıq Rusiya orbitindən uzaqlaşır. Əks təqdirdə Qərbdən Ermənistana siyasi və maliyyə dəstəyi zəifləyəcək. Qərbin regionda çox ciddi strateji planı var və bu strateji plan da Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsinə yönəlib. Əgər Paşinyan Rusiyaya yaxınlaşsa, Ermənistanla Azərbaycan arasında sülh danışıqları da zəifləyə bilər.

//Gülnarə Abasova, Editor.az