Rusiya tətbiq edilən sanksiyaların sayına görə dünyada birincidirbackend

 Rusiya tətbiq edilən sanksiyaların sayına görə dünyada birincidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Liqa.net-ə istinadən xəbər verir ki, Castellum.ai sanksiya izləmə məlumat bazasından bildirilir ki, indiyə qədər Rusiyaya qarşı 5500 sanksiya tətbiq edilib ki, bu da KXDR və İrana tətbiq edilən sanksiyalardan çoxdur.

DXR və LXR-nin tanınmasından sonra Rusiya Federasiyasına qarşı təxminən 2,8 min yeni məhdudiyyət tətbiq edilib. Tətbiq edilən sanksiyaların sayına görə lider-dövlətlər bunlardır: Rusiya – 5,5 min; İran – 3,6 min; Suriya – 2,6 min; Şimali Koreya – 2,1 min; Venesuela – 0,7 min Rusiyaya qarşı yeni sanksiyaların əksəriyyəti fərdi məhdudiyyətlərdir (2,4 min). Daha 343 məhdudiyyət təşkilatlar qarşı tətbiq olunub. Fevralın 22-dən bu yanai Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən dövlətlər bunlardır: İsveçrə – 568 (cəmi – 824); Avropa İttifaqı – 518 (766); Fransa – 512 (760); Kanada – 454 (908); Avstraliya – 413 (633); ABŞ – 243 (1,2 min). (Kommersant) ** Dünyanın 52 ölkəsindən 20 000-dən çox əcnəbi ruslara qarşı vuruşacaq Ukraynada rus işğalçılarına qarşı vuruşmaq üçün dünyanın 52 ölkəsindən 20 000-dən çox əcnəbi Beynəlxalq Könüllülər Legionunun tərkibində Ukraynaya gəlib. Bu barədə brifinqdə xarici işlər naziri Dmitri Kuleba bildirib. “Bu, onların öz istəyidir. Onlar muzdlu deyil və bizim tərəfimizdən maliyələşdirilməyib. Onlar sadəcə haqqın tərəfində savaşmağı seçiblər”, – nazir vurğulayıb. Nazir daha sonra qeyd edib ki, bu gün ölkədə rus işğalına qarşı döyüşə bilən və döyüşmək istəyən əcnəbilər üçün imkan yaradılır. “Xarici könüllülərdən və təcrübəli veteranlardan çoxlu müraciətlər var. Dünyanın azad insanlarının səfərbər olması çox təsiredicidir.

//Gülnarə Abasova, Editor.az