Rusiya tətbiq etdiyi bəzi məhdudiyyətləri aradan qaldırır: Prosesin Azərbaycana təsirləri nələrdir? -Deputatdan AÇIQLAMA  backend

Rusiya tətbiq etdiyi bəzi məhdudiyyətləri aradan qaldırır: Prosesin Azərbaycana təsirləri nələrdir? –Deputatdan AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin tərəfindən dəyəri 10 min dollardan çox xarici valyutanın çıxarılması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması Azərbaycan iş adamları və Rusiyada yaşayan həmvətənlilərimiz üçün də vacib məsələ idi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmyerlilərimizin bir qismi əldə etdikləri vəsaitin bir hissəsini Rusiyadan Azərbaycana köçürürlər:

“Bu həm də onların xarici əlaqələrinə müsbət təsir göstərən faktordur. Nəticə etibari ilə Rusiyada yaşayan və işləyən azərbaycanlılar, həmçinin MDB ölkələri ilə biznes əlaqələrinə sahib olanlara  həmin qadağalar təsir edirdi. Bu, Rusiyada yaşayan azərbaycanlılar üçün müsbət dəyişiklikdir. Bu addım onların pul köçürmələrinə və ölkədən çıxartmalarına münbit şərait yaradacaq. Eyni zamanda, Azərbaycan bankları üçün də Rusiya ilə transferə  müsbət təsir göstərəcək. Azərbaycan bankları Rusiya bankları ilə əməkdaşlıq edir və müəyyənləşdirilmiş sanksiyalar çərçivəsində fəaliyyətlərini yerinə yetirirlər. Rusiyada məhdudiyyətlərin aradan qaldırlması birbaşa onunla bağlıdır ki,  Rusiya Mərkəzi Bankı uzun müddət valyuta bazarında inzibati metodları saxlamaqda maraqlı görsənmirdi. Xüsusilə Rusiyadan turist kimi xaricə gedənlərin sayının azalması fonunda məhdudiyyətlərin aradan qaldırılması mümkün idi. Bununla da Rusiya Mərkəzi Bankı valyuta bazarının mərhələli şəkildə liberallaşdırılmasını həyata keçirə bilər”.

//Safura Bənnayeva, Editor.az