Rusiya təxribatları artırır?-“Tərəflər ehtiyatlı olmalıdır”-ŞƏRHbackend

Rusiya təxribatları artırır?-“Tərəflər ehtiyatlı olmalıdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Proseslərin Vaşinqton və Brüssel formatında irəliləməsi fonunda onların moderatorluğu effektiv nəticə verə bilər”.

Bu fikirləri Editor.az-a politoloq Qabil Hüseynli həftənin sonunda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcəyi planlaşdırılan görüşün sülhə effektiv nəticə verib-verməyəcəyini şərh edərkən bildirib.

Politoloq Azərbaycanla Ermənistan arasındakı vasitəçilikdə maraqlı olan tərəflərdən birinin də rəsmi Moskva olduğuna diqqət çəkib:

“Lakin Rusiyanın moderatorluğu bugünə kimi dərtdən, kədərdən başqa heçnə verməyib. Rəsmi Moskva hər məsələdə öz strateji maraqlarını güdür. Buna görə də Rusiyanın səmimi sülh tərəfdarı olduğunu söyləmək çətindir”.

Q.Hüseynli eyni zamanda, Rusiyanın Ermənistana qarşı təxribatlarının artmasın da istisna etmir:

“Rusiya böyük və ya kiçik təxribatlar törətməkdə davam edir. Bu təxribatlar isə Qarabağın ermənilər yaşadığı ərazidə, eləcə də Ermənistan daxilində baş verir. Cənubi Qafqaz bu gün Moskvanın təxribatları ilə dolub. Azərbaycan və Ermənistan arasında istər Vaşinqton, istərsə də Brüssel görüşü çərçivəsində baş tutan görüşlərdə qəbul olunan qərarlara Rusiya tərəfindən əngəllər yaradılacaq. Zənnimcə tərəflər Rusiya amilini nəzərə almalı və ehtiyatlı olmalıdırlar “.

//Safura Bənnayeva, Editor.az