“Rusiya təxribatları artırmağa çalışır”-AÇIQLAMAbackend

“Rusiya təxribatları artırmağa çalışır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Maria Zaxarovanın bu açıqlaması nə birincidir, nə də sonuncu. Bu tip bəyanatlar zaman-zaman verilib. Bundan sonra da eyni tip açıqlamaların verilməsi istisna deyil”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın cümə günü yaydığı bəyanatda  rəsmi Bakını Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini tamamilə açmağa çağırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  M.Zaxarova qətiyyən erməni terrorçularının hər hansı təxribatı ilə bağlı məsələyə toxunmaq istəmir: “Çalışır ki, həmin mövzudan maksimum dərəcədə yan keçsin. O qeyd etmir ki, təxribatlar erməni terrorçuları tərəfindən baş tutur və təhlükə riski hələ də davam etməkdədir. İndiki vəziyyətdə M.Zaxarovanın bu tip açıqlamalar verməsi ondan xəbər verir ki, Rusiya Qarabağ münaqişəsinin tam şəkildə həllini, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını istəmir. Əgər bunda maraqlı tərəf olsa idi, bu formada birtərəfli yanaşma sərgiləməz və verilən açıqlamada da ya hər iki tərəfə qarşı eyni münasibət göstərər, ya da tam şəkildə məsələyə münasibət bildirməzdi”.

Politoloqun fikrincə Kreml əgər nəqliyyat, kommunikasiyaların açılmasını istəyirlərsə, 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin 6-cı bəndinin icrasını da tələb etməlidirlər:

“Həmin bənddə göstərilir ki, dəhliz boyu  5 kilometrlik məsafədə neytral bölgə olmalıdır. Halbuki Dövlət Sərhəd Xidmətinin nümayəndəsi yaxın məsafədən snayperlə vurulub. Bütün bunların hamısı təxribat xarakterlidir. Elə özlərinin yaratdığı təxribatın nəticəsidir ki, bu gün nəqliyyat, kommunikasıyanı bərpa etmək adı altında, maşınların maneəsiz hərəkətini təmin etməyə çalışırlar”.

//Safura Bənnayeva, Editor.az