Rusiya təyyarələri KTMT hərbçilərini gecə-gündüz Qazaxıstana daşıyır – Say açıqlandıbackend

Rusiya təyyarələri KTMT hərbçilərini gecə-gündüz Qazaxıstana daşıyır – Say açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Aerokosmik Qüvvələrinin 75-dən çox təyyarəsi KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin bölmələrini gecə-gündüz Qazaxıstana yerləşdirir.
Sherg.az “Tacc.ru”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Xəbərdə deyilir:
 
 “Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılan 70-dən çox İl-76 və 5 An-124 təyyarəsindən ibarət aviaqrup gecə-gündüz KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin bölmələrini Qazaxıstana köçürür”.
Onun sözlərinə görə, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistanın hərbi kontingentinin operativ transferində Rusiya hərbi-nəqliyyat təyyarələri də iştirak edir. KTMT-dən TASS-a bildirilib ki, qrupun sayı təxminən 2,5 min nəfərdir və lazım gələrsə, artırıla bilər.