Rusiya təyyarələrinin Hindistan bazarı çökdübackend

Rusiya təyyarələrinin Hindistan bazarı çökdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan təxminən 40 milyard dollar dəyərində silah alışını təsdiqləyib. Bu, 114 Fransa Dassault Rafale qırıcı təyyarəsi, altı Amerika patrul təyyarəsi və raketləri də daxil olmaqla bir sıra silahların alınmasıdır.

İddialara görə, qərar Rajnath Singh-in sədrlik etdiyi Müdafiə Satınalma Şurası (DAC) tərəfindən verilib. Hindistanda potensial müqavilə artıq “bütün zamanların meqa-müqaviləsi” adlandırılıb. Dassault Aviation ilə gələcək müqavilənin 39 milyard dollar dəyərində olacağı gözlənilir. Yerli medianın məlumatına görə, təyyarələrin təxminən 20-si birbaşa Dassault tərəfindən təchiz ediləcək, qalanları isə Hindistan imüəssisələrində istehsal olunacaq.

Buna görə də, Makronun gələn həftə Hindistana səfəri həqiqətən tarixi bir hadisəyə çevrilə bilər. Bu, Fransaya Hindistanın əsas hərbi-texniki tərəfdaşlarından biri statusunu qorumağa və nəhayət, uzun müddətdir ki, Yeni Dehliyə aktiv silah tədarükçüsü olan Rusiyanı əvəz etməyə imkan verəcək.

Xatırladaq ki, Fransa və Hindistan əvvəllər 36 Rafale qırıcı təyyarəsi üçün müqavilə imzalamışdılar. Daha sonra Hindistan təyyarədaşıyan gəmiləri üçün 26 ədəd Rafale M təyyarəsinin tədarükü ilə bağlı başqa bir müqavilə imzalanıb.

//Samir Qurbanov, Editor.az