Rusiya təyyarəsi havaya qalxdıqdan az sonra fövqəladə vəziyyət siqnalı verib və…backend

Rusiya təyyarəsi havaya qalxdıqdan az sonra fövqəladə vəziyyət siqnalı verib və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mineralnıye Vodı hava limanından Omska aralıq enişlə Ufaya uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan az sonra fövqəladə vəziyyət siqnalı verib və Ufa hava limanına tərəf dönüb.

Editor.az xəbər verir ki, bu barədə “Flightradar24” portalı məlumatı verir. Portalın xəritəsində bu uçuş “Squawk 7700: ümumi fövqəladə hal” kimi qeyd. Qeyd edək ki, A46049 reysi Omska saat 09:50-də (Moskva vaxtı ilə 06:50) çatmalı idi, lakin təyyarənin ekipajı texniki səbəbdən Ufaya qayıtmağa qərar verib.

Son məlumata görə, təyyarə saat 8:28-də (Moskva vaxtı ilə 6:28) Ufa hava limanına eniş edib, lakin mətbuat xidməti qayıdış səbəbini açıqlamayıb.

//Samir Qurbanov, Editor.az