“Rusiya tez bir zamanda üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir, əks təqdirdə…”-ŞƏRHbackend

“Rusiya tez bir zamanda üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir, əks təqdirdə…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Senatının verdiyi bədnam qətnamə tövsiyəedici bir qərardır. Fransa hökumətinin buna necə reaksiya verəcəyini gözləyirik. Yalnız bundan sonra  daha konkret fikirlər söyləmək olar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, orada səslənən iddialar, “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çıxarılması”, “Dağlıq Qarabağda humanitar büro açması” kimi fikirlər qəbuledilməzdir:

“Ona görə ki, Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olmaması bu şərtlərin yalnız cəfəngiyyatdan ibarət olduğunu göstərir. 44 günlük savaşdan sonra Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı addımların atılmasını təklif edib. Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən görüşlərdə bu məsələlər daim gündəmdə olub. Sadəcə Ermənistan tərəfindən ənənəvi olaraq proses gecikdirilib”.

Politoloq qeyd edir ki, Laçın dəhlizindən Azərbaycan Silahlı Qüvvələrinin çəkilməsi ümumiyyətlə faktiki olaraq suveren bir ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir:

“ Fransa BMT-nin 5 daimi üzvündən biri kimi beynəlxalq qanunlara və hüquqa hörmətlə yanaşmalıdır. Özünün  də səs verdiyi 4 BMT qətnaməsinə əməl etməlidir. Bu sənədlərdə Qarabağın birmənalı şəkildə Azərbaycan ərazisi olduğu qeyd olunub. Şərqi Zəngəzur bu tip məsələlərdə ümumiyyətlə müzakirə mövzusu olmayıb. Laçın yolu 3 tərəfli bəyanat əsasında Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağdakı erməni əhalinin Ermənistana sərbəst gediş-gəlişini tanıyan yoldur. Bura Azərbaycanın tam suveren ərazisidir. Laçın dəhlizində təhlükəsizlik Azərbaycan tərəfindən həyata keçirilir. Rusiya sülhməramlıları burada sadəcə nəzarət prosesini reallaşdırır. Fransa hökuməti bu təxribatçı qətnaməyə uyğun olaraq addım atarsa, Azərbaycanın mövqeyi qəti olmalıdır. Bundan sonra Rusiya tərəfindən 10 noyabr bəyanatına uyğun olaraq öhdəlikləri yerinə yetirilməsini tələb etməliyik. Azərbaycan əleyhinə olan hansısa ünsürün ərazimizə daxil olmasına icazə verməməliyik”.

//Safura Bənnayeva, Editor.az