“Rusiya törətdiyi hərbi cinayəti Ukraynanın üzərinə atır”-Politoloqdan ŞƏRHbackend

“Rusiya törətdiyi hərbi cinayəti Ukraynanın üzərinə atır”-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın “çirkli bomba”dan istifadə etməsi ilə bağlı iddialar o qədər də inandırıcı görünmür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun fikrincə, rəsmi Kiyev Ukrayna ərazilərində katastrofik təsirləri illərlə qala biləcək hər hansı silahdan istifadə etməz: “Ümumiyyətlə, belə silahlardan savaşda qalib gəlmək üçün artıq əlində heç bir başqa vasitə qalmayan tərəfin istifadə edə biləcəyi də istisna deyil. İndiki halda, Rusiya hərbi potensialını tükətməkdə olan tərəfdir. Rusiyanın Ukrayna savaşında məğlub olma ehtimalı zaman keçdikcə, daha inandırıcı görünür. Rusiya hətta qismən səfərbərlik elan etməklə, çoxsaylı  canlı qüvvə itkilərinə məruz qaldığını da dolayısı ilə etiraf edib. Yəni, Rusiya savaşda məğlubiyyətə məhkum tərəfə çevrilməyə başlayıb.
Bu baxımdan, ABŞ və digər NATO ölkələrindən genişmiqyaslı dəstək alan Ukraynadan fərqli olaraq, Rusiya üçün savaşı dayandırmaq hər ötən gün daha da çətinləşir.Kreml məğlubiyyətin qaçımazlığını anladığı üçün məhz Rusiyanın “çirkli bomba”dan istifadə etmiş ola biləcəyi daha inandırıcı görünür. Kreml adətən, törətdiyi bütün hərbi cinayətləri başqalarının üzərinə atmağa vərdiş edib. Bu dəfə də Rusiyanın “çirkli bomba”dan istifadə edib, Ukraynanı günahlandırdığını düşünmək olar”.

//Safura Bənnayeva, Editor.az