Rusiya Trampa ümüd edirbackend

Rusiya Trampa ümüd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-la dialoqun Donald Trampın prezidentliyi dövründə bərpa olunacağını gözləyir.

Bu bəyanatla noyabrın 15-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi çıxış edib. “Aşağı səviyyədə dialoqun ən azı bərpa olunacağına ümid var, lakin hazırda heç bir şey yoxdur.” – Dmitri Peskov deyib. Eyni zamanda o, Moskvanın çəhrayı rəngli eynək taxmaq fikrində olmadığına diqqət çəkib.

“Biz çox yaxşı başa düşürük ki, seçki kampaniyası zamanı bəyanat vermək bir şeydir, lakin insan Oval kabinetə girəndə hər şey başqa cür olur”, – Kremlin sözçüsü bildirib. O, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərdə dəyişikliklərin Trampın öz administrasiyasına kimi cəlb etməsindən asılı olacağına da diqqət çəkib.

//Samir Qurbanov, Editor.az