Rusiya Federasiyası, İran, Suriya və Türkiyə xarici işlər nazirləri səviyyəsində Rusiyanın paytaxtında növbəti görüş keçirə bilərlər.
Editor.az bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib. Nazir ötən gün Moskvada baş tutan məsləhətləşmələrdə nazir müavinləri səviyyəsində danışıqlara hazırlıqların müzakirə edildiyinə diqqət çəkib.
“Rusiya paytaxtında nazir müavinlərinin görüşündən sonra nazirlərin görüşü də keçirilə bilər”, – deyə o qeyd edib. Türkiyə diplomatik missiyasının rəhbərinin sözlərinə görə, indi onlar Rusiya Federasiyasının nümayəndələrindən dəvət gözləyirlər.
//Samir Qurbanov,Editor.az

