Rusiya: Türkiyə ilə yeni “S-400″müqaviləsi tezliklə imzalanacaqbackend

Rusiya: Türkiyə ilə yeni “S-400”müqaviləsi tezliklə imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Rosoboronexport” hərbi ixracat şirkətinin baş direktoru Aleksandr Mixeyev yeni “S-400” müdafiə sisteminin Türkiyəyə göndərilməsini ehtiva edən müqavilənin tezliklə imzalanacağını bildirib.

Editor.az xəbər verir ki, Rosoboronexport Baş Direktoru Aleksandr Mixeyev Türkiyəyə göndərilməsi planlaşdırılan “S-400″ hava hücumundan müdafiə sistemi barədə danışıqların davam etdiyini bildirib:

“Danışıqların son mərhələsindəyik. Tezliklə bunu tərəfdaşlarımızla rəsmiləşdirəcəyik və müqaviləni imzalayacağıq ”.

Qeyd edək ki, Türkiyə indiyədək Rusiyadan dörd ədəd S-400 batareyası alıb. Məlumdur ki, sözügedən təklifi özündə ehtiva edən müqavilənin dəyəri 2,5 milyard dollardır.

//Gülnarə Abasova, Editor.az