Rusiya Türkiyədən asılıdır, buna görə də müharibə… – Yunan mətbuatından ŞOKbackend

Rusiya Türkiyədən asılıdır, buna görə də müharibə… – Yunan mətbuatından ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunan mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin Soçidə keçirdiyi görüşlə bağlı analiz məqaləsi dərc edib.

təhlil məqaləsində Ankaranın sərhəd bölgəsində PKK/YPG terror təşkilatına qarşı yaratdığı bufer zonanın Rusiya və Əsəd rejimini narahat etdiyi, Əsədin buna qarşı çıxmağa gücünün olmadığı bildirilib və Rusiyanın Türkiyə ilə müharibə apara bilməyəcəyini nəzərə aldığı vurğulanıb.

Məqalədə buna səbəb olaraq aşağıdakı maddələr sıralanıb:

1 – Türkiyə NATO blokunun üzvüdür

2 – Rusiya Suriya təchizatını türk boğazları vasitəsilə həyata keçirir

3 – Türkiyənin “Türk axını” təbii qaz kəmərindən yan keçmə ehtimalı

4 – “Akkuyu” nüvə stansiyası

Bu 4 maddədən dolayı Rusiyanın Türkiyədən asılı olduğunu yazan yunan mətbuatı bölgədəki vəziyyətin qarışıq olduğunu qeyd edib.