Rusiya: Türkiyəyə ikinci “S-400” alayının tədarükü ilə bağlı müqavilə həyata keçirilməyə başlanıbbackend

Rusiya: Türkiyəyə ikinci “S-400” alayının tədarükü ilə bağlı müqavilə həyata keçirilməyə başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə “S-400” zenit-raket kompleksinin ikinci alayının tədarükü üçün müqavilə imzalanıb və həyata keçirilməyə başlanılıb.

Editor.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitri Şuqayev bildirib.

Türkiyənin Rusiyanın mühüm tərəfdaşı olmaqda davam etdiyini deyən Şuqayev iki dövləti sıx ticarət və iqtisadi əlaqələrin birləşdirdiyini, ikitərəfli əməkdaşlığın bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıqda inkişaf etdiyini vurğulayıb.

“Bu il yaranmış çətin siyasi vəziyyət Rusiya tərəfi ilə tərəfdaşları arasında qarşılıqlı əlaqələrin bəzi aspektlərinə mənfi təsir göstərib. Bununla belə, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq iki ölkə liderləri arasında əldə olunan razılaşmalara uyğun inkişaf edir. Biz türk tərəfdaşları ilə şəffaf və qarşılıqlı faydalı əsaslarla işləməyə davam etməyi planlaşdırırıq”,- deyə o, bildirib.

//Gülnarə Abasova, Editor.az