Rusiya üç tərəfli bəyannamənin yerinə yetirilməsində maraqlı deyil- AÇIQLAMAbackend

Rusiya üç tərəfli bəyannamənin yerinə yetirilməsində maraqlı deyil- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya XİN vaxtaşırı Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli razılaşmaların yerinə yetirilməsinə çağırışlar edir. 10 noyabr birgə bəyannaməsindən on ay keçməsinə baxmayaraq, Rusiya konkret addımlar atmır və bu istiqamətdə çalışmaların başlanması üçün Yerevana təsir etmir. Rusiyanın bu açıqlamaları sadəcə, manipulyasiyadır və məqsəd mövcud situasiyanı qorumaqdan ibarətdir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Ermənistan tərəfindən sərhəddə gərginliyin davam etdirilməsi, mövcud razılaşmaların həllini gecikdirəcək:

“Ermənistan baş naziri vaxt qazanmaqla Qərbin proseslərdə iştirakının təmini və Mink qrupunun fəaliyyətinin bərpası istiqamətində ” status” məsələsini müzakirəyə çıxarmağa çalışır. Bu da regional əməkdaşlığa başlanmanın sabotajıdır. Hazırda Rusiya ele bir mövqe sərgiləyir ki, Ermənistana üç tərəfli razılaşmalarla bağlı təzyiq edə bilmir və N. Paşinyan müstəqil hərəkət edir. Halbuki Rusiyanın əlində kifayət qədər təzyiqlər var ki, N. Paşinyan mümkün razılaşmalara getsin”.

Politoloqun sözlərinə görə, müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə iştirakı ilə üçtərəfli komissiya təşkil olunmuşdu:

“Hətta mart ayında tərəflər konkret təkliflərlə işə başlamalı idilər. Göründüyü kimi, birgə komissiyada öz işini dayandırıb. Demək olar ki, Ermənistan mövcud vəziyyəti müharibə vəziyyətinə gətirib çıxarıb. Halbuki 10 noyabr birgə bəyannaməsi barışığın və əməkdaşlığın əsasını qoyan bir sənəddir. Rusiya və Ermənistan tandemi Türkiyə Azərbaycan tandemi qarşısında döyüşdə məğlub oldu. Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır. Fikir versək Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını o halda yerinə yetirməyə hazır olduğunu qeyd edir ki, Azərbaycan öz sərhədlərindən ordunu geri çəksin və Qarabağın statusu ilə bağlı danışıqlara başlansın. Artıq, Ermənistanın bu mövqeyi, öz imzasından imtina etməkdir. Əgər, Ermənistan mövcud razılaşmalara getməyəcəkdirsə, N. Paşinyan və Rusiya rəhbərliyi niyə üç tərəfli razılaşmalara imza atırdı?! Hər iki imzalanan razışlaşmalar əməkdaşlığı və sərhədlərin delimitasiyası-demarkasiyasını nəzərdə tutur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Ermənistanın heç bir şərtini qəbul etməyəcək. Baş nazir Nikol Paşinyan özünün imza atdığı sənədə əməl etmək üçün hazırda şərtlər irəli sürürsə, bu onun siyasəti deyil. Bu, Fransanın siyasəti, həmçinin Rusiyanın sabotajıdır:

“Sanki N. Paşinyan istintaq altında sənədlərə imza atıb, məhkəmədə öz imzası ilə təsdiq edən izahatını qəbul etmir. Amma, son qərarı məhkəmə verir. Məhkəmədə Azərbaycandı. Qərar çıxarıb N. Paşinyanı şərtlərə əməl etməyəcə məcbur edəcək”.

//Gülnarə Abasova, Editor.az