Rusiya üçün 14-cü sanksiyalar paketi gəlirbackend

Rusiya üçün 14-cü sanksiyalar paketi gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə “EUobserver” sənəd layihəsinə istinadən yazır. Nəşrin məlumatına görə, Aİ ölkələri iyul ayına qədər yeni məhdudiyyətlər barədə razılığa gəlməyi planlaşdırır.

Sanksiyalar siyahısına Rusiya ilə ikili təyinatlı malların ticarətində şübhəli bilinən şirkətlər daxil ediləcək. Yeni məhdudiyyətlər paketinə Avropanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və Rusiyadan maliyyələşən KİV-lərə olan qadağalar da daxildir. Sənəd layihəsində deyilir ki, Avropa İttifaqı Avropa limanlarına Rusiyanın LNG tədarükünün qeyri-Avropa ölkələrinə xidmət göstərməsini qadağan edə və sanksiyalardan yan keçməyə kömək edən gəmilərin ölkəyə girişini məhdudlaşdıra bilər.

Bundan əlavə, Aİ Rusiya aviasiyasına, eləcə də helium və mineralların idxalına mövcud məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır. “EUobserver” yazır ki, 14-cü sanksiyalar paketi layihəsində rus diplomatlarının Aİ ölkələri arasında gediş-gəlişinə məhdudiyyətlər göstərilmir və Rusiyadan LNG idxalına qadağa qoyulmayıb.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis aprelin 9-da bildirib ki, Aİ-nin 14-cü sanksiyalar paketi 2024-cü ilin yayına qədər qəbul edilməlidir. O, yeni məhdudiyyətlər paketinin ikinci dərəcəli sanksiyalara yönəldiyini aydınlaşdırıb.

//Samir Qurbanov, Editor.az