Rusiya-Ukrayna arasında hazırki durum: “Zelenskinin bu səyləri getdikcə daha az nəticə verməyə başlayır”backend

Rusiya-Ukrayna arasında hazırki durum: “Zelenskinin bu səyləri getdikcə daha az nəticə verməyə başlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna arasındakı hazırki durum indi Rusiyanın təşəbbüslərinə daha çox cavab verir, möhkəmləndirir. Artıq yavaş-yavaş Volodimir Zelenski başa düşür ki, onun qələbə əldə etmək imkanları minimallaşır. Müharibəni kreditlərlə, etibarnamə ilə aparmaq çox çətin məsələdir. Ancaq məhz bu zəmində rəsmi Kiyev ən böyük ümidlərini öz tərəfdarlarına bağlayır ki, onlardan köməklik, silah-sursat alsın və sonra müharibəni davam etdirsin”.

Onun sözlərinə görə, Kiyevin bu səyləri getdikcə daha minimal nəticə verməyə başlayır:

“Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ prezidenti Donald Tramp bildirir ki, Ukraynaya köməyini dayandıracaq. Digər tərəfdən Britaniya və onun ətrafında olan Avropa ölkələri ciddi cəhdlə çalışırlar ki, Ukrayna meydanda tək qalmasın və ona silah-sursat verilsin. Ancaq hər bir halda indiki zamanda əgər bir gün belə atəşkəs elan olunursa artıq bu, qazancdır. Çünki insanlar bir gün belə olsa dağıntılardan xilas olur, hərbiçilər, hətta mülki vətəndaşlar həyatını itirmir.

Bir müddət yaranmış sabitlik proseslərdə götür-qoy etməyə imkan yaradır ki, bəlkə tərəflər birmənalı şəkildə sülh danışıqlarına başlasınlar. Ancaq indiki şəraitdə Ukrayna tərəfi artıq demək olar, anlayır ki, getdikcə durumu ağırlaşacaq.

Rusiya bu baxımdan bir qədər təminatlıdır. Birincisi, Rusiya heç kəsdən kömək gözləmir, halbuki kömək alır. Rusiyanın potensialı çox böyük və tükənməzdir. Bir çox hərbi- sənaye kompleksində işləyən istehsal qüvvələri artıq gücləndirilmiş iş rejimində işləyirlər. Digər tərəfdən elmi-texniki potensial demək olar ki, müharibə ehtiyaclarını ödəmək üçün səfərbər olub. Nəhayət Rusiyanın hərbi komandanlığı bu proseslərdə daha israrlıdır ki, Ukraynaya təsirli zərbələr endirsin və birdəfəlik üstünlüyü bərqərar etsin. Zelenski bütün səyləri ilə çalışmalıdır ki, atəşkəs rejimi əldə olunsun. Əvvəllər o bu məsələyə “yox” deyirdi, indi isə Rusiya Zelenskinin daha kövrək şəraitini anlayaraq deyir ki, bu haqda düşünmür. Ukrayna nə qədər tez qərb dövlətlərinin, xüsusilə Böyük Britaniyanın ikibaşlı qəyyumluğundan xilas olsa, atəşkəsə daha tez nail ola bilər”.

//Gülnarə Abasova, Editor.az