Rusiya: “Ukrayna Belqorod, Kursk və Bryansk vilayətləri PUA-larla hücuma keçib”backend

Rusiya: “Ukrayna Belqorod, Kursk və Bryansk vilayətləri PUA-larla hücuma keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorod, Kursk və Bryansk vilayətlərində pilotsuz uçuş aparatları (PUA) ilə yeni hücumlar həyata keçirdiyini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Nazirlikdən verilən açıqlamada Ukraynanın saat 09:00 radələrində Rusiya ərazisində təyyarə tipli PUA ilə “terror aktı” həyata keçirməyə cəhd etdiyi, 1 PUA-nın isə Belqorod vilayəti üzərində vurulduğu bildirilib.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin saat 10:00 radələrində Kursk və Bryansk bölgələri üzərində iki PUA-nın qarşısını aldığı, saat 10:30 radələrində isə Kursk bölgəsi üzərində Ukraynaya məxsus PUA-nın vurulduğu bildirilib.

//Safura Bənnayeva, Editor.az