Ukrayna Rusiya ilə mövqe mübarizəsi aparır.
Editor.az bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov etiraf edib. O, yenidən silah təchizatını artırmağa çağırıb. Danilovun sözlərinə görə, tədarüklər gecikərsə, “qələbəyə doğru hərəkətdə müəyyən ləngimə” olacaq. “Biz indi mövqe mübarizəsi içərisindəyik, nə bir tərəf, nə də digər tərəf üstünlük əldə edə bilmir. Lakin biz əminik ki, bu, bizim üstünlüyümüz olacaq”, –Danilov NHK telekanalına bildirib.
Xatırladaq ki, Ukrayna yaydan bəri genişmiqyaslı əks-hücum əməliyyatı keçirir. Prezident Volodimir Zelenski Kiyevin istədiyi nəticəni əldə edə bilmədiyini etiraf edib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bəyan edib ki, Ukrayna prezidenti belə düşünməsə də, münaqişə dalana dirənib. Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia etiraf edib ki, Ukraynanın siyasi və hərbi rəhbərliyi “çox pis” danışıqlar mövqeyinə görə hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır.
//Samir Qurbanov, Editor.az