Rusiya-Ukrayna danışıqları bərpa olunacaqmı?backend

Rusiya-Ukrayna danışıqları bərpa olunacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövlud Çavuşoğlu açıqladı Rusiya və Ukrayna arasında danışıqların bərpası məsələsinə 2023-cü ilin yazına qədər aydınlıq gələcək.

Editor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu MED – Aralıq dənizi Forumu sessiyasında bildirib. “Düşünürəm ki, yazın əvvəlinə qədər Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin davam etdirilməsi məsələsi aydınlaşacaq.

Biz ruhdan düşmürük və bu istiqamətdə səylərimizi davam etdiririk”, – Çavuşoğlu deyib. Nazir əlavə edib ki, Aİ ölkələri Ukrayna məsələsində Ankaranın fikrini nəzərə almır, lakin “Brüsselin Türkiyəyə ehtiyacı olan kimi dərhal əlaqə saxlayırlar. Avropa Birliyinin Türkiyənin rolunu qəbul etməsinin vaxtıdır”.

Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb ki, dövlət başçısı Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb. Söhbət zamanı cənab Ərdoğan, Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səyləri mümkün qədər tez bərpa etməyə çağırıb.

  //Samir Qurbanov, Editor.az