Rusiya-Ukrayna danışıqları ilə bağlı Çindən DİQQƏTÇƏKƏN AÇIQLAMAbackend

Rusiya-Ukrayna danışıqları ilə bağlı Çindən DİQQƏTÇƏKƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri Kulebanın Antalyada görüşəcəyini bildirib. Zirvə görüşü öncəsi tərəflərdən başqa Çindən də diqqətçəkən bir açıqlama gəlib.

Editor.az “sabah.com tr” yə istinadən verdiyi məlumata görə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien keçirdiyi mətbuat konfransında Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba və Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumu çərçivəsində sabah Türkiyədə keçirəcəkləri görüşlə bağlı sualları cavablandırıb.

Nazirlik rəsmisi Çinin dialoq və danışıqları asanlaşdırmaq üçün bütün səyləri dəstəklədiyini ifadə edib. Onun sözlərinə görə, tərəflər gərginliyin azaldılması və Ukrayna probleminin sülh yolu ilə həlli üçün səyləri sürətləndirəcək.

//Gülnarə Abasova, Editor.az