Rusiya-Ukrayna danışıqları üçün heç bir ilkin şərt yoxdur – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovbackend

Rusiya-Ukrayna danışıqları üçün heç bir ilkin şərt yoxdur – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ukrayna üzrə danışıqlar üçün heç bir ilkin şərt yoxdur.

Editor.az bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Hazırda belə danışıqlar üçün heç bir ilkin şərtlərin olmadığı açıq-aydın görünür”, – Kreml nümayəndəsi mətbuata danışarkən aydınlıq gətirib. O bildirib ki, Hindistanın baş naziri Narendra Modi Vladimir Putinlə söhbətində Ukrayna ilə bağlı sülh planını səsləndirməyib.

Peskovun sözlərinə görə, Hindistan tərəfi “ardıcıl olaraq sülh tərəfdarı mövqeyindən çıxış edir” və bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
Qeyd edək ki, dünən, avqustun 27-də xanım Putin və Modi arasında telefon danışığı olub və Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər. Hindistanın baş naziri avqustun 8-də Moskvaya, avqustun 23-də isə Kiyevə səfər edib. Vladimir Zelenski ilə danışıqlardan sonra Hindistanın münaqişənin həllinə töhfə verməyə hazır olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az