Rusiya-Ukrayna danışıqlarına görə İstanbulda təhlükəsizlik tədbirləri gücləndiriibbackend

Rusiya-Ukrayna danışıqlarına görə İstanbulda təhlükəsizlik tədbirləri gücləndiriib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələrinin görüşünün keçiriləcəyi Dolmabağça sarayının yerləşdiyi rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumatı hadisə yerindən “RİA Novosti” yayıb.

Bildirilib ki, sarayın ətrafında nümyəndə heyətlərini qarşılamaq üçün jurnalistlərdən ibarət uzun növbə yaranıb.

Qeyd edək ki, görüşdən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətlərinə müraciət edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rrusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Moskva və Kiyev təmsilçilərinin görüşü barədə razılıq əldə edilmişdi. Martın 28-də onlar İstanbula gəlib. Bu gün Bakı vaxtı ilə 11.30-da nümayəndə heyətləri arasında görüşü keçiriləcəyi gözlənilir.

//Report