Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu nə vaxt keçiriləcək?backend

Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu nə vaxt keçiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kuleba sabah Antalyada görüşəcək.

Editor.az-ın “En Son Haber”-ə istinadən verdiyi məlumata görə, görüş iki ölkə arasında müharibənin dayandırılması ilə bağlı danışıqların davam etdiyi bir vaxtda kritik əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna nümayəndələri Belarusda üç dəfə görüşüb. Lakin qarşılıqlı tələblərin olduğu təmaslar heç bir nəticə verməyib.

Danışıqların təşkili ilə bağlı hakimiyyətə yaxınlığı ilə tanınan belaruslu politoloq Yuri Voskresenskiy “Rossiya-24” televiziyasına müsahibəsində deyib ki, danışıqların növbəti raundu Türkiyədə keçiriləcək görüşdən sonra olacaq.

Digər tərəfdən isə Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin davamıdır və çox vacibdir.

Görüşün verəcəyi nəticə ilə bağlı jurnalistlərin Peskova yönəltdiyi suala Kremlin təmsilçisi belə cavab verib:

“Hadisələrin gedişini qabaqlamayaq. Görüşün nəticəsini gözləyək”.

//Nəzərbəy Hacıağayev, Editor.az