Rusiya-Ukrayna danışıqlarının ikinci raundu harada olacaq?backend

Rusiya-Ukrayna danışıqlarının ikinci raundu harada olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu böyük ehtimalla Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

“Vatikan bir sıra, o cümlədən logistik səbəblərə görə görüş yeri olmayacaq. Hazırda ən çox ehtimal olunan variant İstanbuldur”, – deyə agentliyin mənbəsi bildirib.

Təfərrüatın yaxın zamanda açıqlanacağı qeyd olunur.

Qeyd edək ki, tərəflər arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub.