Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu iki həftə və ya bir ay ərzində baş tuta bilər.
Editor.az xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov “aif.ru”ya bildirib: “Kiyev komandasının növbəti addımı atmağa hazır olduğunu nə vaxt deyəcəyini heç kim bilmir. Bu, bir neçə həftədən sonra baş verə bilər, bir aya da ola bilər.
Bu, bizim üçün oturub gözləmək üçün əsas deyil. Biz “xüsusi hərbi əməliyyat” çərçivəsində qarşıya qoyulan vəzifələri həll etməyə davam edirik. “Ukraynalı nümayəndələr hazır olan kimi, gəlsinlər”, – Klimov bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Moskva və Kiyevin çox yaxında hərbi əməliyyatların dayandırılması və münaqişənin dayandırılması ilə bağlı danışıqlara başlayacağını bildirmişdi.
//Samir Qurbanov, Editor.az