Rusiya Ukrayna ərazisində münaqişənin nizamlanmasına dair danışıqlara və onun təhlükəsizliyinin təminatlarını müzakirə etməyə hazırdır – Sergey Lavrovbackend

Rusiya Ukrayna ərazisində münaqişənin nizamlanmasına dair danışıqlara və onun təhlükəsizliyinin təminatlarını müzakirə etməyə hazırdır – Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva lakin maraqlar balansına əsaslanaraq Ukrayna ərazisində münaqişənin nizamlanmasına dair danışıqlara və onun təhlükəsizliyinin təminatlarını müzakirə etməyə hazırdır.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Volodimir Zelenskinin təklif etdiyi “sülh formulası” üzrə müzakirələri “vaxt itkisi” adlandırıb: “Bizim vicdanımız tamamilə təmizdir, biz öz həqiqətlərimizi, xalqımızın mənafeyini əcdadlarının əsasını qoyduğu, əsrlər boyu yaşadıqları torpaqlarda müdafiə edirik.

Əgər onlar ədalət əsasında, reallıq və təhlükəsizlik sahəsində maraqlar balansı əsasında danışıqlar aparmaq istəsələr, biz hər an hazırıq. “Sülh formulu” ultimatumdur. Sərhədlərin 2022-ci ilə qədər saxlanması təklifindən danışarkən o, əlavə edib ki, “xəyal qurmaq zərərli deyil”.

Sergey Lavrov həmçinin bildirib ki, Rusiya qlobal Cənub ölkələrinin İsveçrədə keçiriləcək “sülh formulu” sammitində iştirakını qadağan etməyəcək, lakin Qərb onların fikirlərini “nəzərə almayacaq”. Xarici işlər naziri əlavə edib ki, Ukraynanın təkliflərindən yayınmaq istəyən dövlətlər bunu bəyan etməlidirlər. Ən “aydın və ağlabatan” Çinin təklifidir, – Lavrov deyib.

//Samir Qurbanov, Editor.az